Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin məhkəməsi başlayır. Bu haqda bu gün, 21 dekabr tarixində APA məlumat verib.

Toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Siyavuş Hacıyev sədrlik edəcək.

Sentyabrın 2-si saat 12:00 radələrində 35 yaşlı Əfsanə Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı əri, 48 yaşlı Nurani Qalabəylini bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Nurani Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi vəzifəsində çalışırdı. Onların 4 övladı var.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.