Sabunçu rayonunda anasını və bacısını qətlə yetirən şəxsə 20 il həbs verilib. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat verir.
Təqsirləndirilən şəxsə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub.
2019-cu ilin dekabrında Bakıxanov qəsəbəsində M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.
Hadisədən sonra M.Niftizadə cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.