Nəsimi rayonunda ictimai iaşə müəssisəsində yanğın baş verib. Bu haqda bu gün, 22 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə ümumi sahəsi 180 kv.m olan obyektdə qeydə alınıb. Alov 2 kv.m sahədə tavanı və 1 ədəd məişət avadanlığını bürüyüb. Yüksək temperaturdan 2 ədəd soyuducu qismən qarsalanıb.
Əraziyə cəlb edilən xilasedicilər obyektin qalan hissəsini yanğından mühafizə ediblər.