Bakı şəhər Dövlət Yol Polisi İdarəsində (DYPİ) kadr dəyişikliyi baş verib. Bu haqda bu gün 24 dekabr tarixində Bakuplus.az Avtosfer.az saytına istinadən xəbər verir.

Polis kapitanı Dilbazi Nəbiyev Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsindən azad edilib. O, Yol-Patrul Xidməti Alayanın Müşayiət-eskort bölüyünün (YP 500) komandiri vəzifəsinə təyin edilib.

Müşayiət-eskort bölüyünün bundan əvvəlki komandiri, polis polkovnik-leytenantı Mübariz Həsənəliyev yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.