Beynəlxalq qrosmeyster, tanınmış Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII Superturnirin təntənəli bağlanış mərasimi olub. Bu haqda 23 dekabr tarixində Report məlumat verib.
Turnirin direktoru Anar Allahverdiyev yarışın gərgin və maraqlı oyunlarla yadda qaldığını bildirib.
O, “Vüqar Həşimov xatirəsi – 2022”-nin qarşıdan gələn ildə də böyük idman tədbiri kimi yaddaşlarda qalacağını qeyd edərək tədbir iştirakçılarına və hakimlərə təşəkkürünü bildirib.
Turnirlə bağlı videoçarx nümayiş etdirildikdən sonra baş hakim yarışın nəticələrini açıqlayıb.
Yarışın nəticələrinə əsasən, 25,5 xal toplayan Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov birinci olub. İlk üçlükdə hərəyə 20,5 xal toplayan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov da qərarlaşıblar.





