Bakıda 26 dekabr – 1 yanvar tarixlərində bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 26 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

Tədbirlərin siyahısı:

– “İdmanla sağlam gələcək” devizi altında 2009 – 2011-ci il təvəllüdlü oğlanlardan ibarət Sabunçu rayonunun qəsəbələrinin komandaları arasında minifutbol üzrə turnir – 26 dekabr, saat 14:00 (Ramana İdman Mərkəzinin meydançası);

– Tələbələr arasında stolüstü tennis üzrə turnir – 27 dekabr, saat 10:00 (Tibb Universiteti);

– Kamandan oxatma üzrə Bakı şəhər çempionatı – 29 dekabr, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi);

– Uşaq, yeniyetmə və gənclər arasında basketbol liqası (2006-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü idmançılar arasında) – 29 – 30 dekabr, saat 10:00 (Texniki Universitet).