Paytaxtın Nəsimi rayonunda abadlıq işləri aparılıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində Hüseynbala Əliyev küçəsi, 3, 5, 7, 50, Mir Cəlal küçəsi, 42, Hüseyn Seyidzadə küçəsi, 18, Asif Məhərrəmov küçəsi, 33, 45, 60, 64, Moskva prospekti, 90, Mirəli Qaşqay küçəsi, 24 saylı binaların dam örtükləri yenidən qurulub. Ümumilikdə 7000 kv.m sahədə dam örtüyü əsaslı təmir olunub.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
