Dubaydan Tbilisiyə uçan təyyarə Bakıya məcburi eniş edib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Hava Limanına istinadən xəbər verir.
“FlyDubai” aviaşirkətinin “Boeing 737 MAX” tipli təyyarəsi Tbilisidə olan güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etmək qərarına gəlib.
Hava nəqliyyatı yerli vaxtla saat 12:03-də Bakıya eniş edib.