Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Bakı Gömrük Məntəqəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 dekabr tarixində Lent.az məlumat verib.

Məntəqəyə Almaniyadan gətirilən “Opel” markalı minik avtomobili qəfil alışıb.

Ətrafda olan vətəndaşlar yanğınsöndürənlərlə alovu söndürməyə çalışıblar.