Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1, 2, 3-cü mədən ərazisi, Gülüstan yaşayış massivi, 1-14-cü dalanlarda 10.000 istehlakçının qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 27 dekabr tarixində Bakı Regional Qaz Istismarı Departamenti məlumat verib.

Fasilə Binəqədi-Novxanı yolunda yeraltı PE315 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasına görə baş verib. Qaz sızmasının aradan qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.