Bakıda Azərbaycan Boks Federasiyasının arenasında peşəkar MMA və kikboksinq turniri keçirilib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az məlumat verir.

Gecəni tanınmış azərbaycanlı döyüşçü Zabit Səmədovun yaratdığı “New Generation Fighting” döyüş klubu təşkil edib.

Gecə çərçivəsində kikboksinq və MMA üzrə 11 döyüş keçirilib. Açılış mərasimində Zabit Səmədov bildirib ki, klubun əsas məqsədi yeni nəsil döyüşçülərin inkişafı üçün imkan yaratmaqdır.