Bakının Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında olan “Dakar” dairəsində hərəkət işıqforlarla tənzimlənəcək. Bu haqda bu gün, 29 dekabr tarixində Lent.az məlumat verib.

İşıqforlar Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən dairənin bütün girişlərində təşkil olunub. Hərəkət nizamlayıcılarının işə başlaması üçün kommunikasiya xətləri çəkmək lazımdır. Bu işlərin qarşıdan gələn bayram günlərində aparılacağı gözlənilir. Bundan əlavə, təkcə sözügedən dairədə deyil, digər yerlərdə də işıqforların quraşdırıldığı bildirilir.

“Dakar” dairəsi hərəkətin intensiv olduğu və müntəzəm qəzaların baş verdiyi ərazilərdən biridir.