Dünyaşöhrətli musiqiçi Riçard Klayderman mart ayında ilk dəfə Bakıya gələcək. Bu haqda bu gün, 31 dekabr tarixində Report məlumat verir.
Klayderman martın 7-də Bakıda konsert proqramı ilə çıxış edəcək.
Hesabında 270 qızıl və 70 platin mükafatı olan musiqiçi klassik və pop musiqiləri birləşdirərək yeni romantik üslub yaradıb. Klayderman 1200-dən çox musiqi əsəri yazıb, ümumi tirajı 90 milyon nüsxə olan 100-dən çox CD-nin müəllifidir.
Riçard Klayderman “dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşüb.