Bakıda 18 mərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinə istinadən xəbər verir.

Hadisə paytaxtın 9-cu mikrorayon, Cavadxan küçəsi, bina 3A-da qeydə alınıb. Partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

İlkin ehtimala görə, yanğınla müşahidə olunmayan partlayış məişət qazının sızması nəticəsində baş verib.

Həmçinin hadisə nəticəsində 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Partlayış nəticəsində qaz təchizatında fasilə yaranıb.