Nəsimi rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Vətəndaş Nəsimi RPİ 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, dekabrın 30-da ona məxsus “Range Rover” markalı avtomobildən 6000 manat pulu oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev saxlanılıb.
Məlumata əsasən, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.