Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.

Hadisə ötən gün Nizami rayonunda, “ASK Arena” yaxınlığında qeydə alınıb. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yolun əks istiqamətinə çıxıb və “Toyota”ya çarpılıb.

Qəza nəticədə nəqliyyat vasitələrində olan üç nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb.

Bunlar, hər iki avtomobilin sürücüləri – 26 yaşlı Vüqar Abdullayev və 29 yaşlı Pərviz Əlizadə, həmçinin onların sərnişinləri – 29 yaşlı Aytəkin Allahyarova, 26 yaşlı Jalə Aslanova və 22 yaşlı Könül Namazova.

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.