Bakının Səbail rayonunda yerləşən mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nizami RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3.200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.