Sabunçu rayonunda 58 yaşlı kişini naməlum şəxs bıçaqlayıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az APA-a istinadən xəbər verir.

Hadisə Ramana qəsəbəsinin Südçülük Sovxozu kimi tanınan ərazidə qeydə alınıb. Evə gedən zaman Etibar Mütəllibzadənin qarşısını naməlum şəxslər kəsərək ondan pul tələb ediblər. Pul verməyincə, naməlum şəxslərdən biri bıçaqla ona xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.