Metronun “Sahil” stansiyasının çıxışında kişi bıçaqlanıb. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
31 yaşlı Ədalət Rəsulov naməlum şəxslə mübahisə edən zaman bıçaq xəsarətləri alıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.