Xəzər rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə BakuPlus.az Apa-ya istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Rayonun Binə qəsəbəsində 39 yaşlı Pərviz Rəhimov yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.