Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə BakuPlus.az Apa-ya istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.

Rayonun Binəqədi qəsəbəsində 53 yaşlı Eldəniz Hüseynov tanışı ilə münaqişə zəminində bıçaqlanıb.

O, müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.