Həbsxanadakı qardaşına gödəkçəsində narkotik keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə BakuPlus.az Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə istiandən bu gün, 4 yanvar tarixində xəbər verir.

1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilən Ayaz Məmmədovla qısamüddətli görüşə gələn qardaşı, paytaxt sakini Akif Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 0,393 qram narkotik maddə – heroin, ümumi çəkisi 0,098 qram psixotrop maddə – metamfetamin və ümumi çəkisi 0,080 qram olan metadon preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.