Bu gün, 5 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. Bu barədə prezidentin rəsmi saytında məlumat yayılıb.
Elm və təhsil naziri Emin Əmrullayev ölkə başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verib.
O bildirib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.
İlham Əliyev və birinci xanımı Bakıda STEAM innovasiya mərkəzinin açılışında iştirak ediblər











