Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 7 yanvar tarixində “Rəşadətli uçuş” adlı konsert keçiriləcək. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az məlumat verir.

Beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti zamanı dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Konsert Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunub.

Biletləri onlayn əldə etmək mümkündür.