Bakının Xətai rayonunda bu gün, 6 yanvar saat 04:00 radələrində 57 yaşlı qadın qətlə yetirilib. Onun həyat yoldaşı şübhəli bilinən şəxs qismində saxlanılıb. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

DİN-dən verilən məlumata görə, 57 yaşlı Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalardan sonra mərhumun həyat yoldaşı, 62 yaşlı İlham Həşimov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadını bıçaqlayaraq qəsdən öldürməkdə şübhəli bilinir.

Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə prokurorluqda cinayət işi başlanıb, Həşimov saxlanılıb. İstintaq davam etdirilir.