Bakının Nərimanov rayonunda gecə saatlarında qətl hadisəsi baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində İctimai TV məlumat verib.

Verilən məlumta görə, iki sürücü – 29 yaşlı Beyləqan rayon sakini Qənbər Qənbərov və 27 yaşlı Füzuli rayon sakini Sənan Hacıyev arasında birinin digərinə yol verməməsi nəticəsində mübahisə yaranıb. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə Hacıyev üzərində gəzdirdiyi bıçaqla Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.

Xəsarət alan şəxs ağır vəziyyətdə “Yeni Klinika”ya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Hacıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.