Bakıdakı şadlıq sarayları atmosferi çirkləndirir. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Ekologiya Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, paytaxt ərazisində yerləşən 49 ictimai iaşə obyekti və şadlıq sarayının 24-də atmosferə atılan zərərli maddələr üçün təmizləyici qurğular yoxdur.

Qanun pozuntuları aşkar edilmiş obyektlərin sahiblərinə xəbərdarlıq edilib və onlar 2000-2500 AZN məbləğində cərimə olunublar.