Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində 15.000 manat dəyərində oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata görə, naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sementqarışdıran qurğunun hissələrini oğurlayıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, həmin evdə usta işləyən Vüsal Həsənov saxlanılıb.
Dindirilmə zamanı məlum olub ki, o, oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.