Paytaxtın Xətai rayonu, Zığ şosesində baş vermiş qətli FHN-in əməkdaşları aşkar ediblər. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Mənzillərin birində yaşayanlardan uzun müddət xəbər olmadığı və giriş qapısını açmadıqları səbəbindən qonşular FHN-ə müraciət ediblər. Giriş qapısını qıran əməkdaşlar içəridə 57 yaşlı Rəhimə Həşimovanın meyitini və onun əri, 62 yaşlı İlham Həşimovu aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib, 62 yaşlı kişi isə şübhəli şəxs qismində saxlanılıb.
Daha öncə, Xətai rayonunda 62 yaşlı kişinin öz həyat yoldaşını bıçaqlaması barədə məlumat verilmişdir.