Bakının Suraxanı rayonunda yanvarın 6-da meyit tapılıb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatı qəbul edən FHN əməkdaşları hadisə yerinə cəlb olunublar. Briqada evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil verib.