Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.

Hava şəraiti ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobillərinə zəncirlər taxılıb, həmçinin relyefli ərazilərdə xidmət göstərmək üçün 2 ədəd “Pajero”, 2 ədəd ”UAZ”, 2 ədəd 4×4 “Mersedes Vito” hazır vəziyyətə gətirilib.