Bakıda yanvarın 7-də intihar edən qadınla bağlı bəzi təfərrüatlar məlum olub. Bu haqda bu gün, 10 yanvar tarixində Lent.az məlumat verir.
Mərhum qadın Qusar rayon sakini, 59 yaşlı Xuraman Kazımovadır. O, psixoloji problemlərdən əziyyət çəkirdi. Tez-tez depressiyadan əziyyət çəkən X.Kazımova özünü binanın 12-ci mərtəbəsindən atıb.
Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.