Məşhur azərbaycanlı futbolçunun atası həbsdə vəfat edib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

Tanınmış futbolçu Nurlan Novruzovun atası Zahid Novruzov Bakı həbsxanalarının birində xəstəlik səbəbindən dünyasını dəyişib. O, 2019-cu ildə öz həyat yoldaşı Turanə Novruzovanı başından güllələyərək öldürmüşdü. Buna görə məhkuma 17 il azadlıqdan məhrumetmə cəzası verilmişdir.

Hücumçu Nurlan Novruzov “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi klublarda çıxış edib. O, bir neçə dəfə Azərbaycan yığmasına da çağırılıb. Futbolçu hazırda Nepal çempionatında mübarizə aparan “Maçxindira” klubunda çıxış edir.