Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli adıçəkilən qəsəbə ərazisində yerləşən sexdən 4000 AZN pul oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.