Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Tubuxanım Qasımzadə elm müəssisəsinin Rəyasət Heyəti aparatının Vitse-Prezidentləri xidmətinin elmi katibi vəzifəsinə təyin olunub. O, həmçinin Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri vəzifəsində çalışır.
Bununla bağlı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Sərəncam imzalayıb.