Bakı şəhəri ərazisində sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Milli Hidrometeoroloji Stansiyaya istinadən xəbər verir.
Yanvarın 11-dən 12-nə keçən gecə qar yağacağı gözlənilir. Həmçinin axşam saatlarında yolları buz bağlayacaq. Temperatur gecə 1 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.