Nüfuzlu “Forbes” jurnalı Bakını gəzmək üçün dünyanın ən yaxşı yerlərindən biri hesab edir. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az nəşriyyata istinadən xəbər verir.
Dərc olunan məqalədə Bakı Qafqazın Dubayı adlandırılır və ona “kontrastlar şəhəri” deyilir.
“Burada orta əsrə aid İçərişəhərin divarlarının yanında parıldayan alov qüllələrini və neft qüllələrinin fonunda məscidləri görə bilərsiniz. Eyni zamanda sovet arxitekturası ölkənin kommunist keçmişi olduğunu da unutdurmur”, – deyə müəllif əlavə edib.
Bundan əlavə, Bakıda keçirilən “Formula 1” yarışlarına da diqqət ayrılıb.