Hövsan-Zığ yolunu buz bağlayıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Şaxtalı hava səbəbindən adıçəkilən yol keçilməz vəziyyətə düşüb. Buna görə də sürücülər köməkçi yoldan istifadə etməyə məcbur olublar. Magistral yola nəzarətin olmadığı bildirilir.
Köməkçi yolda hazırda sıxlıq müşahidə olunur.