Bakıda aktyorluq təlimi keçiriləcək. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az “Baku Community Space”-ə istinadən xəbər verir.

Təlimdə qrup şəklində oynamağı, qarşılıqlı əlaqə qurmağı və daxilən azad olmağı öyrənəcəksiniz. Dərsin ikinci saatında isə özünüzü təqdim etməyi və özünüzə kənardan baxmağı öyrənəcəksiniz.

Məşğələləri müəllim, aktyor, rejissor Konstantin Soldatov aparacaq. O, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, B.Şukin (Moskva) adına Teatr İnstitutunun müəllimidir. İki dəfə “Qızıl maska” teatr mükafatına namizəd olub. Aktyorluq texnikasının müəllifi, Moskvada “Taqanka Teatrı”, “Müasir Dram Məktəbi”, “Meyerhold Mərkəzi” kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.

Tədbir 14 yanvar saat 16:00-19:00 arası baş tutacaq. Qeydiyyatdan keçmək üçün 055 514 69 89 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. Ödəniş 20 AZN təşkil edir.