Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
13 yanvar tarixində paytaxt ərazisində hava, əsasən, yağmursuz keçəcək, temperatur gecə 0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacaq. Gecə saatlarında şəhərətrafı yolların buz bağlayacağı gözlənilir.