Xəzər rayonu, Buzovna qəsəbəsində yanvarın 8-də oğlu tərəfindən döyülən şəxs xəstəxanada ölüb. Bu haqda bu gün, 13 yanvar tarixində Qafqazinfo məlumat verib.

Yerli sakin İbrahim İbrahimov döyülmə nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Kişi huşsuz vəziyyətdə olduğundan onu dindirmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, zərərçəkmiş sərxoş halda oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov tərəfindən döyülüb. Yaşlı kişi yanvarın 12-də xəstəxanada ölüb.

Onun oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.