Yanvarın 12-də Bakıda 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov dünyasını dəyişib. Bu haqda bu gün, 13 yanvar tarixində Azərbaycan Cüdo Federasiyası məlumat verib.
Rüfət Süleymanov 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib.
Rüstəmovun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.