Bakının Nəsimi rayonunda Natiq Şahbazov küçəsi, 36 ünvanında məhəllədaxili yollarda asfalt örtüyü yenilənib. Bu haqda bu gün, 13 yanvar tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.

Verilən məlumata görə, orada yaşayan bir qrup sakin Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi Bələdiyyəsinə müraciət edərək yaşadıqları binanın qarşısında yararsız vəziyyətə düşmüş məhəllədaxili yola asfalt örtüyünün vurulmasını xahiş edib.

Görülmüş işlər nəticəsində ümumi sahəsi 1400 kv.m olan məhəllədaxili yola yeni asfalt örtüyü vurulub.

Rayonun ayrı-ayrı ünvanlarında da başlanmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Nəsimi rayonunda məhəllədaxili yollar təmir olunub
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı