Bakının Yasamal rayonunda mənzildə meyit aşkar edilib. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

FHN-in qaynar xəttinə Yasamal rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada 1 nəfərin meyitini aşkar ediblər. Mərhumun cəsədi morqa təhvil verilib.