Paytaxtın Nərimanov rayonunun Molla Cümə və M.Əlizadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.

Adıçəkilən küçədə “Prius” markalı nəqliyyat vasitəsi “Toyota RAV-4” markalı avtomobilə yandan çarpılıb. Nəticədə hər 2 nəqliyyat vasitələrinə ziyan dəyib. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.