Paytaxtın Qaradağ rayonu, “Qobu Park-1” yaşayış massivində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Cəbrayıl rayon sakini Samidə Qabilli yaşadığı mənzilin eyvanından özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib. Mərhumun üzərindən məktub aşkarlanıb. Burada onun ölümündə heç kimin günahı olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi yazılıb.
Samidə Qabillinin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı bildirilir.