Bakıda 16-22 yanvar tarixlərində bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 16 yanvar tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

Tədbirlərin siyahısı:

Bakı şəhəri

– 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş 7-ci “Arpaçay Open” beynəlxalq karate turniri – 20-22 yanvar, saat 10:00 (Bakı İdman Sarayı);

– Atletika üzrə 2008-2009-cu il təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi – 21-22 yanvar, saat 16:00 (Respublika Olimpiya İdman Mərkəzi);

– MMA üzrə Bakı şəhər açıq birinciliyi – 21 yanvar, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi);

– Sambo üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Bakı şəhər birinciliyi – 22 yanvar, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);

– Pankration, qraplinq üzrə Bakı şəhər açıq birinciliyi – 22 yanvar, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi).

Xətai rayonu

– Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şahmat üzrə Xətai rayon birinciliyi – 18 yanvar, saat 9:30 (254 saylı tam orta məktəb).

Yasamal rayonu

– 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə rayon turniri – 22 yanvar, saat 12:00 (“Fighter-2” İdman Klubu).

Binəqədi rayonu

– 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri – 18 yanvar, saat 10:00 (“Azfar” Şirkətlər Qrupunun futbol meydançası).

Nərimanov rayonu

– Uşaq və yeniyetmələr arasında taekvondo üzrə Nərimanov rayon turniri – 17 yanvar, saat 12:00 (212 saylı tam orta məktəb);

– Nərimanov rayon məktəbliləri arasında minifutbol turniri – 18-19 yanvar, saat 10:00 (“Azfar” Şirkətlər Qrupunun futbol meydançası).

Suraxanı rayonu

– 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında voleybol turniri – 18 yanvar, saat 10:00 (76 saylı tam orta məktəb);

– Şəhid Cavid Qorxmaz oğlu Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş oğlanlar arasında basketbol üzrə turnir – 19 yanvar, saat 10:00 (290 saylı tam orta məktəbi);

– Azərbaycanın ərazi bütovlüyü uğrunda şəhid olmuş həmvətənlilərimizin əziz xatirəsinə həsr olunmuş yunan-Roma güləşi turniri – 21-22 yanvar, saat 10:00 (Zəfər idman klubu).

Qaradağ rayonu

– 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar arasında şahmat turniri – 17-18 yanvar, saat 10:00 (11 saylı Uşaq Gənclər İdman Məktəbi).