Bakıda şəhidlərin məzarlarından oğurluq edilib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
II Fəxri Xiyabanda təhlükəsizlik kameralarına şəhidlərin məzarlarının üzərindəki güllərin naməlum şəxslər tərəfindən oğurlandığı əks olunur.
Qarabağ müharibəsi şəhidi Nurəhməd Ulubəyovun yaxınlarının sözlərinə görə, belə hallar tez-tez baş verir.
“Dəfələrlə bu barədə polisə məlumat vermişik. Bu, xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”, – deyə onlar əlavə ediblər.
Daxili İşlər Nazirliyi məsələni araşdıracağını vurğulayıb.