Bakının Heydər Əliyev prospektində yük maşını minik avtomobili ilə toqquşub. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az məlumat verir.
Prospektdə yük avtomobili ilə “Lada” (“VAZ-21099”) markalı maşın toqquşub.
Qəza nəticəsində ölənlər və yaxud xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.