Paytaxtın Nəsimi rayonunda motosiklet qaçıran şəxs tutulub. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev adıçəkilən rayonda K.Aliyevə məxsus “Minsk” markalı motosikleti oğurlamaqda şübhəli bilinir. Oğrunun axtarışda olduğu da məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.